ABŞ bu ölkədəki səfirliyini bağladıbackend

ABŞ bu ölkədəki səfirliyini bağladı

ABŞ regional gərginliyin kəskinləşməsi və Yaxın Şərqdə genişlənən hərbi münaqişə fonunda Bəhreynin paytaxtı Manamadakı səfirliyinin fəaliyyətini dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-nin Bəhreyndəki səfirliyi rəsmi veb-saytında məlumat yayıb.

Bəyanatda davam edən regional təhlükəsizlik riskləri səbəbindən diplomatik missiyanın bağlı qalacağı və fəaliyyətin bərpası ilə bağlı əlavə məlumat veriləcəyi qeyd olunub.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Prezident Donald Tramp zərbələrin dörd-beş həftə davam edəcəyini, lakin Tehranın danışıqlar masasına oturacağı təqdirdə əməliyyatın dayandırıla biləcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*