ABŞ-da 600 uşaq ruhanilər tərəfindən cinsi istismara məruz qaldıbackend

ABŞ-da 600 uşaq ruhanilər tərəfindən cinsi istismara məruz qaldı

ABŞ-ın Baltimor şəhərinin ruhaniləri 600-dən çox uşağa qarşı cinsi zorakılıqda ittiham edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq məlumat Merilend ştatının baş prokuroru Entoni Braunun hesabatında yer alıb.

Bildirilib ki, söhbət 1940-cı ildən 2002-ci ilə qədər törədilmiş cinayətlərdən gedir.

Siyahıya ümumilikdə 156 nəfərin adı daxil edilib. Bəzi müttəhimlərin adları məhkəmənin qərarı ilə gizli saxlanılıb.

Qeyd edək ki, təqsirləndirilənlər arasında din xadimlərinin nümayəndələri çoxluq təşkil edir.

Baltimor arxiyeparxiyasının digər üzvləri də siyahıda yer alıb.

Məlumata görə, şəhərin arxiyepiskopu Vilyam Lori baş vermiş hadisələrə görə üzr istəyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*