ABŞ-da avtomobil dayanacağında atışma nəticəsində 3 nəfər öldübackend

ABŞ-da avtomobil dayanacağında atışma nəticəsində 3 nəfər öldü

ABŞ-ın Missuri ştatının Kanzas Siti şəhərində avtomobil dayanacağında atışma olub. Nəticədə azı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABC telekanalı dairə şerifinin departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, atışma yerli vaxtla saat 04:30 radələrində baş verib. Zərərçəkənlər həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Saxlanılanlar barədə məlumat verilməyib.

Atışmanın motivi də açıqlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*