ABŞ-da FTB ofisinə girməyə cəhd edən silahlı şəxs ÖLDÜRÜLDÜbackend

ABŞ-da FTB ofisinə girməyə cəhd edən silahlı şəxs ÖLDÜRÜLDÜ

ABŞ-ın Ohayo ştatında silahlı şəxs Federal Təhqiqat Bürosunun (FTB) ofisinə girməyə cəhd edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, polis onu saxlamağa çalışarkən güllələyib.

Bildirilir ki, o hadisədən bir qədər əvvəl FTB-ni hücumla hədələyib.

Hüquq-mühafizə orqanları cinayətkarın 2021-ci ilin yanvarında Kapitoliyə hücumda iştirak edən qruplardan hər hansı biri ilə əlaqəsinin olub-olmadığını yoxlayır.

Büronun məlumatına görə, silahlı şəxs FTB ofisində ziyarətçilərin yoxlanılması zonasına girməyə cəhd edib. Müəssisədə həyəcan siqnalı işə düşüb və həmin şəxs qaçıb. Polis FTB ilə birlikdə onu altı saat təqib edib. Saxlanıldıqdan sonra polis onunla danışıqlara girsə də, o, təslim olmaqdan imtina edib və silahlı müqavimət göstərib.

Mətbuatın yazdığına görə, FTB ABŞ-ın keçmiş prezidenti Donald Trampın evində axtarış apardıqdan sonra həmin şəxs büronu təhdid etməyə başlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*