ABŞ-da ilk dəfə uşaqlarda meymunçiçəyi AŞKARLANDIbackend

ABŞ-da ilk dəfə uşaqlarda meymunçiçəyi AŞKARLANDI

ABŞ-da ilk dəfə uşaqlarda meymunçiçəyi virusu aşkarlanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, hadisələrdən biri Kaliforniyada, digəri isə Vaşinqtonda qeydə alınıb.

Hazırda xəstə uşaqlar müalicə olunur.

ABŞ-da meymunçiçəyi virusuna indiyədək ən azı 8-i qadın olmaqla 2800-dən çox insan yoluxub.

ÜST rəhbəri Tedros Adanom Qebreyesus bu həftə dünyada meymunçiçəyinə yoluxma  sayının 14 minə çatdığını, yoluxma hallarının 70-dən çox ölkədə qeydə alındığını bildirib.

Qeyd edək ki, bu virusun Konqo və Qərbi Afrika növləri var. Virus adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*