ABŞ-da koronavirusdan ölənlərin sayı 69 minə çatır – ƏTRAFLIbackend

ABŞ-da koronavirusdan ölənlərin sayı 69 minə çatır - ƏTRAFLI

ABŞ-da bir gündə COVID-19 qurbanlarının sayı daha 1 142 nəfər artıb.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da koronavirus qurbanlarının sayı 68 636-a çatıb.

COVID-19-a yoluxma və ölüm hallarının ən böyük sayı Nyu-Yorkda qeydə alınıb. Burada virusa 323 883 yoluxma təsdiqlənib, 24 648 ölüm qeydə alınıb.

Siyahıda sonrakı yerdə Nyu-Cersi (127 438) və Massaçusets (68 087) ştatları qərarlaşıb.

Son bir gündə Birləşmiş Ştatlarda koronavirusla bağlı 7 200 000-dən çox test aparılıb, təhlükəli virusdan 178 671 sağalıb.

Birləşmiş Ştatlarda COVID-19-a yoluxma və ölüm hallarının ən böyük sayı qeydə alınıb.

Dünyada COVID-19-a yoluxma hallarının sayına görə ikinci yeri İspaniya tutur. Bu ölkədə 248 301 yoluxma halı qeydə alınıb. Siyahıda üçüncü ölkə İtaliya (210 717), dördüncü ölkə Böyük Britaniyadır (186 599).

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*