ABŞ-da Prezident seçkilərində kim öndədir? – İLKİN NƏTİCƏLƏR – YENİLƏNİBbackend

ABŞ-da Prezident seçkilərində kim öndədir? - İLKİN NƏTİCƏLƏR - YENİLƏNİB

ABŞ prezidentliyinə hər iki namizəd seçkiləri qazanmaq üçün lazım olan səslərin yarısından çoxunu alıb.

KONKRET.az “Fox News”-a istinadən məlumat verir ki, Co Bayden 207, Donald Tramp 148 səs qazanıb.

Artıq 2020-ci il ABŞ prezident seçkilərini tarixi, rekord qıran adlandırırlar.

Burada həm mübarizənin intensivliyi, həm də cəmiyyətdəki parçalanma var.

Üstəlik, bu seçkilər ABŞ tarixində ən bahalı seçki olub.

Bildirilir ki, respublikaçılar və demokratlar ümumilikdə 14 milyard dollardan çox pul xərcləyiblər.

Bu, 2016-cı il seçkiləri ilə müqayisədə, iki dəfə çoxdur.

Demokratların seçkiqabağı kampaniyası respublikaçılardan da baha başa gəlib.

Demək olar ki, yeddi milyard dollar Bayden tərəfdarları tərəfindən xərclənib.

Respublikaçılar 3,8 milyard xərcləyiblər.

***

09:00
ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Respublikaçı Tramp gözlənildiyi kimi İndiana, Kentukki və Nyu-Hempşir ştatlarında liderlik edir. İndianada bülletenlərin 1%-nin hesablanmasından sonra o, 72% səs toplayıb. Kentukkidə isə Tramp 10 minə yaxın, onun rəqibi – Demokrat Cozef Bayden 2,8 min səs toplaya bilib.

Nyu-Hepşirdə səslərin hesablanması yenicə başlayıb.

Hazırda Trampın 16, Baydenin 10 səsi var.

Qeyd edək ki, ABŞ-da ilk seçki məntəqləri İndiana və Kentukkidə bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*