Vaşinqton səmasında hərbi vertolyotla toqquşan “American Airlines” təyyarəsinin qalıqları Potomak çayının dibindən çıxarılır.
KONKRET.az xəbər verir ki, bunu əməliyyata rəhbərlik edən Frensis Pera bildirib.
Onun sözlərinə görə, artıq təyyarənin mühərriki, gövdəsi və qanadı sudan çıxarılıb.
Pera əlavə edib ki, xilasedicilər sabah pilot kabinəsini çıxarmağa başlayacaqlar. Xatırladaq ki, təyyarədə həlak olan 67 nəfərin 55-nin meyidi sudan çıxarılıb.
Vəli Həsənoğlu,
KONKRET.az