ABŞ-dan Azərbaycan-Ermənistan münaqişəsinə dair AÇIQLAMAbackend

ABŞ-dan Azərbaycan-Ermənistan münaqişəsinə dair AÇIQLAMA

ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun davam etdirilməsini dəstəkləyir.

KOKNRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransı zamanı bildirib.

O, jurnalistin “İrəvan və Bakı birbaşa dialoqa doğru irəliləyirmi və bununla bağlı Vaşinqtonun mövqeyi necədir” sualına cavab verməkdən imtina edib.

“Biz bu məsələ ilə bağlı dialoqun davam etdirilməsini açıq şəkildə dəstəkləyirik. Biz inanırıq ki, bu, sabit nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və dəstəyi davam etdirəcəyik”, – ABŞ Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*