ABŞ İranın yüksək rütbəli məmurlarına sanksiya tətbiq edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə naziri Stiven Mnuçin məlumat yayıb. Onun sözlərinə görə, sanksiya tətbiq olunanlar Amerikanın İraqdakı hərbi bazalarına raket zərbələri endirilməsinə görə məsuliyyət daşıyırlar.Bundan başqa onlar Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin səbəbkarları elan ediliblər.
Məmurlarla yanaşı, ABŞ İranın 17 metal istehsalı zavoduna, mədən şirkətinə və bir gəmiyə məhdudiyyətlər qoyub.
