“Ukraynada müharibə danışıqlarla bitməli və hər iki tərəf güzəştə getməlidir”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Biz ukraynalıları Rusiya üzərində qələbə qazanacaqlarına inandırmaqla səhv etmişik. Hər iki tərəf bu müharibədə dəhşətli bədəl ödəyir və maksimalist məqsədlərinə çata bilməyəcəklərini başa düşür. Əhəmiyyətli iş görülməlidir və bu, yalnız ABŞ prezidenti Trampın rəhbərliyi altında mümkün ola bilər. Bu, asan olmayacaq və bir az vaxt aparacaq”, – Rubio vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az