ABŞ Ədliyyə Nazirliyi senatoru hədələyir: Vaşinqtonda yeni qarşıdurmabackend

ABŞ Ədliyyə Nazirliyi senatoru hədələyir: Vaşinqtonda yeni qarşıdurma

Bazar günü ABŞ Ədliyyə Nazirliyi senator Elizabet Uorrenə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bildirilib ki, senator prezident Donald Trampa qarşı mümkün araşdırmalarla əlaqəli sənədləri qoruyub saxlamasa, onu ciddi hüquqi nəticələr gözləyə bilər.

Senatın Bank Komitəsinin sədri vəzifəsinə gətirilə biləcək Uorrenə ünvanlanan məktubda Hyuston şəhərinin federal prokuroru Aaron Reyts bildirib ki, Massaçusets ştatından olan demokrat senator, görünür, gələcəkdə əldə edəcəyi səlahiyyətlərdən prezident Trampın yaxın çevrəsindəki şəxsləri hədəfə almaq üçün istifadə etməyə hazırlaşır.

Prokurorun iddiasına görə, Uorren gələcək sədr vəzifəsinin ona verəcəyi səlahiyyətlərdən bir növ “tomahawk” – döyüş baltası kimi istifadə edərək Trampın şəxsi tərəfdarlarını və yaxın ətrafını hədəfə almaq niyyətindədir.

Reyts senatora Konqres araşdırmalarını siyasi təzyiq vasitəsinə çevirmək və vətəndaşların fundamental konstitusion hüquqlarını pozmaq niyyəti ilə əlaqəli ola biləcək bütün materialları qoruyub saxlamağı tələb edib.

Qeyd edək ki, dövlət qurumlarının şəxslərə sənədləri və digər materialları qoruyub saxlamaq barədə belə xəbərdarlıqlar göndərməsi çox vaxt mümkün araşdırmaların başlanacağından xəbər verir.

Görünür, ABŞ Ədliyyə Nazirliyi bir mühüm məqamı unudub: bu qurum Konqresin qərarı ilə yaradılıb, Konqres isə Ədliyyə Nazirliyinin tabeliyində deyil. Dövlət institutları arasındakı səlahiyyət bölgüsünü nəzərə almadan senatora bu cür xəbərdarlıq edilməsi isə ciddi suallar doğurur.

Görünən odur ki, Ədliyyə Nazirliyi səlahiyyətlərinin sərhədlərini aşmaqda ittiham olunur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*