Bakıda qızıl-zinət əşyaları və mobil telefon oğurlayan şəxslər saxlanıldıbackend

Bakıda qızıl-zinət əşyaları və mobil telefon oğurlayan şəxslər saxlanıldı

Sabunçu və Nəsimi rayonları ərazisində yerləşən mağaza və evlərdən oğurluqlar edilib.

KONKRET.az bildirir ki, polisin keçirdiyi tədbirlərlə Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2620 manat dəyərində qızıl-zinət əşyasını oğurlayan mağazanın əməkdaşı Ş. Əsədova, Yasamal rayonu ərazisindəki evlərdən birindən 2000 manat dəyərində mobil telefon oğurlayan N. Rəsulov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*