Doğmalarının məzarını ziyarətə gələnlər gördüklərindən ŞOK OLDULAR – VİDEObackend

Doğmalarının məzarını ziyarətə gələnlər gördüklərindən ŞOK OLDULAR - VİDEO

Qəbiristanlığı su basıb, məzarlar su altında qalıb.

KONKRET.az xəbər verir ki, görüntülər Abşeron rayonun Mehdiabad qəbiristanlığındandır.

Öz doğmalarının məzarını ziyarətə gələn sakinlər, mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər.

Məsələ ilə bağlı Abşeron Su Bağları İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, sözügedən əraziyə xidmət Mehdiabad Bələdiyyəsi tərəfindən həyata keçirilir. Qeyd olunub ki, həmin ərazidə kanalizasiya şəbəkəsi mövcud deyil. Amma buna baxmayaraq Bağlar İdarəsi tərəfindən, ərazidə qrunt sularının qarşısının alınması məqsədilə daha əvvəl nasos quraşdırılıb və suların kənarlaşdırılması təmin edilib.

Mehdiabad Bələdiyyəsinin sədri Əbülfət Nuriyev isə bildirib ki, problemdən məlumatlıdırlar və ərazidə vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*