ABŞ Finlandiyaya silah satışını TƏSDİQLƏDİbackend

ABŞ Finlandiyaya silah satışını TƏSDİQLƏDİ

ABŞ Dövlət Departamenti Finlandiyaya 323,3 milyon dollarlıq silah satışını təsdiqləyib və Pentaqon qərarla bağlı Konqresə məlumat verib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Söhbət Finlandiyaya 40 taktiki raketin və dörd “AIM 9X Block II” taktiki hava-hava raketlərinin, eləcə də 48 “AGM-154” (JSOW) idarəolunan bombalarının və müvafiq avadanlıqların çatdırılmasından gedir.

ABŞ administrasiyası bu sazişi Finlandiyanın milli təhlükəsizliyini qorumaq üçün son dərəcə zəruri hesab edib.

Qeyd edək ki, Finlandiya İsveçlə birlikdə may ayında NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə və Macarıstan bu qərara qarşı çıxıb. Ankara hər iki namizəd ölkəni terrora yardım etməkdə ittiham edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*