ABŞ generalı 2025-ci ildə Çinlə müharibəyə hazırlaşmağa ÇAĞIRDIbackend

ABŞ generalı 2025-ci ildə Çinlə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minixan tabeliyində olanlara göndərdiyi memorandumda ABŞ-ın iki ildən sonra Çinlə müharibəyə gedəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

“İntuisiya mənə deyir ki, 2025-ci ildə döyüşəcəyik”, – general deyib.

Memorandumun həqiqiliyini ABŞ Hərbi Hava Qüvvələri Nəqliyyat Komandanlığının nümayəndələrindən biri təsdiqləyib.

Generalın fikrincə, Çin 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən Tayvana nəzarəti bərqərar etmək üçün istifadə edə bilər.

Bundan əlavə, Minixan öz tabeliyində olanları fevralın sonuna qədər Çinlə hərbi əməliyyatlara hazırlaşmaq üçün tədbirlər haqqında məlumat verməyə çağırıb.

Qeyd edək ki, Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur. Pekin ərazini Çin əyalətlərindən biri hesab edir. Tayvan ətrafında gərginlik Nümayəndələr Palatasının o vaxtkı sədri Nensi Pelosinin 2022-ci ilin avqustunda adaya səfərindən sonra artıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*