ABŞ-ın birinci xanımı koronavirusa yoluxdubackend

ABŞ-ın birinci xanımı koronavirusa yoluxdu

ABŞ-ın birinci xanımı Cill Bayden COVID-19-a yoluxub, onda xəstəliyin yüngül əlamətləri müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

“Bu axşam birinci xanımın COVID-19 testi müsbət çıxıb. Hazırda onda yalnız yüngül əlamətlər var. O, Delaver ştatının Rexobot-Biç şəhərindəki evində qalacaq”, – xəbərdə deyilir.

ABŞ-ın səlahiyyətliləri 2022-ci ilin iyulunda Prezident Cozef Baydenin koronavirus testinin müsbət çıxdığını bildiriblər. Amerika lideri karantində olarkən rəsmi vəzifələrini tam yerinə yetirib.

Xatırladaq ki, bu, ABŞ-ın birinci xanımı ikinci dəfədir koronavirusa yoluxur. Belə ki, 2022-ci ilin avqustunda da Cill Baydenin COVID-19 testi müsbət çıxıb./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*