ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ: “Zəngəzura GETMƏYİN”backend

ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ: "Zəngəzura GETMƏYİN"

ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına müraciət edib.

KONKRET.az xəbər verir ki, ABŞ-ın İrəvandakı səfirliyi öz ölkəsinin vətəndaşlarına silahlı münaqişə ilə əlaqədar Ermənistanın bir sıra rayonlarına səfər etmək təhlükəsi barədə xəbərdarlıq edib.

Səfirlik Amerika vətəndaşlarına Dilican (Tavuş), Göyçə (Qeqarkunik), Dərələyəz (Vayots Dzor) və Zəngəzur (Sünik) rayonlarının, Zəngibasarın Yerasx kəndinin (Ararat), həmçinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ bölgəsinə gedən yolun risk altında olduğunu qeyd edib və adıçəkilən yerlərə getməməyi tövsiyə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*