ABŞ administrasiyası İranda vəziyyətin destabilizasiyası halında müvəqqəti hökumətin yaradılması ssenarisini gizli şəkildə işləyir.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı The National qəzeti etibarlı mənbələrə istinadən yayıb.
Qəzetin yazdığına görə, ABŞ prezidenti Jared Kuşnerin həyat yoldaşı vasitəsilə prosesə yaxından cəlb olunub.
Mənbələr bildirir ki, o, müvəqqəti administrasiyanın yaradılması ilə bağlı məsləhətləşmələr aparmaq üçün İran-Amerika biznesmenlərindən ibarət bir qrup formalaşdırmağa kömək edir.
Həmçinin, yaxın günlərdə ABŞ tərəfi İran müxalifət nümayəndələri ilə Palm-Biçdə (Florida) görüş keçirməyi planlaşdırır. Hələlik məlum deyil ki, görüş prezidentin Mar-a-Laqo iqamətgahında, yoxsa başqa yerdə baş tutacaq. Ağ Ev isə məlumatı şərh etməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
