ABŞ hərbçiləri xüsusi əməliyyat nəticəsində Somalinin şimalında İŞİD terror qruplaşmasının liderlərindən biri Bilal əl-Sudanini məhv edib.
KONKRET.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.
Onun sözlərinə görə, İŞİD lideri təşkilatın 10 üzvü ilə birlikdə məhv edilib.
Rəsmi vurğulayıb ki, xüsusi əməliyyatın keçirilməsi ABŞ Prezidenti Co Bayden tərəfindən təsdiqlənib.
Qeyd olunub ki, əməliyyat nəticəsində amerikalı hərbçilər və mülki şəxslər arasında itki yoxdur.
İqbal Rzayev,
KONKRET.az
