ABŞ prezidenti Co Bayden əvvəlki prezident Donald Trampın Kubaya tətbiq etdiyi bəzi məhdudiyyətləri aradan qaldırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evdən verilən yazılı açıqlamada bildirilib.
Belə ki, Baydenin qərarı ilə ABŞ Kubaya uçuşların sayını artıracaq. Amerika aviaşirkətləri təkcə paytaxta deyil, ada dövlətinin digər şəhərlərinə də uçuşlar təşkil edəcək. Kubaya təhsil və ya iş məqsədi ilə qrup səfərlərinə də icazə veriləcək.
Həmçinin bu ölkəyə 3 aydan bir 1000 dollar pul göndərilməsi limitinin də qaldırıldığı vurğulanıb.
Digər tərəfdən bu qərarı ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez tənqid edib.
İqbal Rzayev,
KONKRET.az
