ABŞ-la Rusiya arasında nüvə müharibəsi başlasa, ilk saatda 34 milyon adam öləcək – Prinston universitetibackend

ABŞ-la Rusiya arasında nüvə müharibəsi başlasa, ilk saatda 34 milyon adam öləcək - Prinston universiteti

ABŞ-la Rusiya arasında şərti müharibə həqiqi savaşa çevrilsə, qısa dövr ərzində ən az 90 milyon insan həlak olacaq.

Konkret.az – ın “The İndependent” qəzetinə istinadən yazdığına görə, ABŞ-ı Prinston univeristetinin alimlərinin tərtib etdiyi imitasiya modelində belə bir qaranlıq mənzərə ortaya çıxıb.

Ekspertlərin rəyinə görə, özü də belə bir müharibənin baş verməsi ehtimalı tərəflərin silahlanma üzərində nəzarət tədbirlərinin ortadan qaldırması ilə daha da artıb.

Universitetin “Elm və qlobal təhlükəsizlik” adlı proqram çəriçivəsində həyata keçirilən bu modelə görə, nüvə fəlakətinin ilk saatlarında 34 milyon insan yox olacaq.

57 milyon isə sonradan radiasiyanın ölümcül təsiri ilə məhvə məhkum qalacaq.

Dünya dağnıtıları içində ən çox Avropa zərər görəcək, “qoca qitə” tamamilə yandırılacaq.

Mümkün ssenariyə görə, Rusiya ABŞ və NATO-nu durdurmaq məqsədilə ilk öncə Kalininqrad yaxınlığındakı bazadan xəbərdarlıq atəşi açacaq.

Daha sonra isə proses Avropada taktiki nüvə döyüşlərinə dönəcək. Rusiya 300 nüvə başlıqlı raketi döyüş təyyarələrinin köməyi ilə NATO bazalarına yönəldəcək.

NATO isə buna aviatexnika vasitəsilə 180 raketlə cavab verəcək.

Bundan sonra rəsmi Vaşinqton və Moskva əhalinin yaşadığı yerləri hədəf seçərək, sualtı qayıqlardan hər şəhərə 10 raket buraxacaqlar.

Prinstonun modelində ilk nüvə partlayışının Polşa ərazidində, Almaniya və Çexiya Respublikası ilə sərhəd yaxınlığında, Vroslav şəhərində baş verəcəyi göstərilib.

Lakin Böyük Britaniyanın Müdafiə araşdırmaları üzrə krallıq institutunun elmi əməkdaşı Sem Dudin “The İndependent” qəzetinə verdiyi müsahibədə Prinston tərəfindən verilən proqnozların az ehtimal olunduğunu söyləyib.

Onun fikrincə, 1950-ci illrdən başlayaraq nə ABŞ, nə də Rusiya bir-biri ilə şərti də olsa belə bir savaşı arzu etmirlər.

“Modeli dəyərləndirərkən adam elə gəlir ki, Avropada hava hücumunda müdafiənin inteqrasiya olunmuş sistemi yoxa çıxıb.

Halbuki bu sistemlər təyyarələrdən nüvə bombalarının atılmasında xüsusi rol oynayacaqlar.

Elə qurbanların sayı da elə də çox gözlənilmir”,-deyə S.Dudin bildirib.

Onun fikrincə, burada ABŞ-ın öz müttəfiqlərindən ötrü total müharibəyə gedib-getməyəcəyini aydınlaşdırmaq lazımdır.

“Hər bir halda belə bir imitasiya modelinin dünyada nüvə təhdidinin artdığı bir dövrdə ərsəyə gətirilməsi diqqət çəkici və təqdirə layiqdir”,-deyə “The İndependent”in yazısında qeyd olunub.

Musavat.com

Bir cavab yazın