ABŞ məhkəməsi Trampı saxtakarlıq ittihamından azad etdibackend

ABŞ məhkəməsi Trampı saxtakarlıq ittihamından azad etdi

Nyu York məhkəməsi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampı sənədlərin saxtalaşdırılması işi üzrə məsuliyyətdən azad edib, lakin formal ittihamı saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “CNN“ məlumat yayıb.

Verilən hökm Trampın şərtsiz azadlığa buraxılmasını özündə ehtiva edir.

Donald Tramp isə özünün tam təqsirsizliyində israr edir.

“Mən tamamilə günahsızam. Mən səhv bir şey etməmişəm”, – Tramp qeyd edib.

Trampın hökmü qüvvədə qalacaq, lakin o, həbs və ya cərimə ilə üzləşməyəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*