Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfər edən ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker və NATO-nun Ukrayna üçün Təhlükəsizlik və Hazırlıq üzrə Xüsusi Missiyasının komandanı, general-leytenant Kertis Bazzard ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkə hesabında məlumat paylaşıb.
Zelenski görüşü yüksək qiymətləndirərək əsas diqqətin Ukrayna səmasının qorunmasına yönəldiyini bildirib: “Çaxnaşma yaradan kütləvi rus zərbələri səngimədiyi üçün PURL çərçivəsində “Patriot” sistemləri üçün əlavə önləyici raketlərin tədarükünün artırılması hazırda əsas prioritetdir”.
Görüş zamanı, həmçinin ABŞ ilə Ukrayna arasında ikitərəfli müdafiə tərəfdaşlığı, o cümlədən Prezident Donald Trampın Ankarada qəbul etdiyi Ukraynada “Patriot” sistemlərinin istehsalı üçün lisenziya verilməsi qərarının icrası müzakirə olunub. Eyni zamanda, komandaların üzərində işlədiyi “Drone Deal” (PUA sazişi) layihəsinin perspektivləri nəzərdən keçirilib və yaxın vaxtlarda yekunlaşdırılacağına ümid ifadə olunub.
Sonda Prezident Zelenski general-leytenant Kertis Bazzarda III dərəcəli “Xidmətlərə görə” ordenini təqdim edib.
Natiq Səlim,
KONKRET.az
