ABŞ-nin dəstəklədiyi Netanyahu həbs edilməyəcək – Politoloq açıqladıbackend

ABŞ-nin dəstəklədiyi Netanyahu həbs edilməyəcək - Politoloq açıqladı

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair order verməsi  Avropa liberal siyasətçiləri arasında heç kimin toxunulmaz olmadığını göstərdi.

KONKRET.az xəbər verir ki, bunu politoloq Viktor Şedrin “Moskva Region Today” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsrailin baş naziri üçün BCM orderinin heç bir mənası yoxdur, çünki onu dəstəkləyən ABŞ-dir:”Bundan əlavə, Netanyahu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla münasibətlərini qoruyacaq. Çünki Tramp İsraillə əməkdaşlığı davam etdirmək niyyətindədir. Bu, sadəcə onun göstəricisidir ki, müasir dünyada Beynəlxalq Cinayət Məhkəməsi kimi strukturlar artıq heç nə demək deyil”, – deyə ekspert bildirib. Politoloq Netanyahunun heç vaxt həbs edilməyəcəyini deyib. Xatırladaq ki, Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi   Netanyahu və Qalantı Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edərək həbslərinə order verib. Bundan əvvəl politoloq Oksana Dyakina BCM-nin Netanyahunun həbsinə dair orderini Avropanı onun üzünə bağlayacağını bildirmişdi .

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*