ABŞ raketini sınaqdan keçirdi – Rusiya ona xəbərdarlıq etdi – VİDEObackend

ABŞ raketini sınaqdan keçirdi - Rusiya ona xəbərdarlıq etdi - VİDEO

ABŞ qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilədə qadağan edilmiş yerüstü ballistik raketi sınaqdan keçirib.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Mark Esper özünün “Twitter” səhifəsində paylaşıb.

O, qeyd edib ki, nüvə başlığı olmayan yerüstü ballistik raketin prototipi uğurla sınaqdan keçirilib.

Onun sözlərinə görə, prototipin hazırlanması doqquz ay çəkib.

Rəsmi Moskva isə bu cür addımları cavabsız qoymayacağı ilə bağlı ABŞ-a xəbərdarlıq edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*