Partlayıcı yoxdur, amma ittiham var: Londonla Tehran arasında Feyrford qalmaqalıbackend

Partlayıcı yoxdur, amma ittiham var: Londonla Tehran arasında Feyrford qalmaqalı

Böyük Britaniyanın Baş naziri Endi Bernem bildirib ki, İran, böyük ehtimalla, ABŞ qüvvələrinin istifadə etdiyi Feyrford aviabazasındakı insidentdə rol oynayıb.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, istintaq davam edir, Britaniya tərəfi isə ABŞ ilə əlaqə saxlayır.

Sentyabrın 27-nə keçən gecə aviabazanın yaxınlığında şübhəli avtomobillər görünüb. Yerli sakinlər bu barədə polisə məlumat verib, polis isə beş kişini həbs edib. Yaxınlıqdakı yaşayış məntəqəsindən onlarla ailə təxliyə olunub. Avtomobillərdə çoxlu miqdarda benzin olub, lakin partlayıcı qurğu aşkar edilməyib. Sonradan həbs olunan kişilər girovla azad edilib.

İranın xarici işlər naziri Abbas Əraqçi Endi Bernemin ittihamlarına cavab verib:

“Xarici dövlətlər üçün çalışan ehtimal olunan terrorçuların azad edilməsi özlüyündə hər şeyi deyir. Siz yanlış yerdə axtarırsınız”, – deyə Əraqçi bildirib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*