ABŞ ləyaqətli və davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyi ilə ən yüksək səviyyədə qarşılıqlı əlaqədə rol oynamağa davam edəcək.
KONKRET.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Vedant Patel ABŞ-ın Ermənistanı “potensial Rusiya təcavüzündən qoruyacaqmı” sualına cavab verərkən bildirib.
“Biz Ermənistanın suverenliyinə və müstəqilliyinə hörmət edirik və təbii ki, onun qanunvericilik proseslərinə münasibət bildirməyi İrəvanın ixtiyarına buraxacağıq. Biz hər bir ölkənin Ermənistan da daxil olmaqla, BCM-yə qoşulmaq hüququna hörmətlə yanaşırıq”, – Patel deyib.
Patel Qarabağda uzunmüddətli müstəqil beynəlxalq monitorinq missiyasının yaradılmasına çağırışını təkrarlayıb: “Etnik ermənilərin hüquqlarına və təhlükəsizliyinə, xüsusən də geri qayıtmaq istəyənlərə hörmət ediləcəyinə dair şəffaflıq və əminliyi təmin etmək lazımdır”, – diplomat qeyd edib.
Rus sülhməramlılarının Qarabağda olmasını şərh edən Patel deyib:“Əlbəttə, belə bir mövcudluq hələ də narahatlıq doğurur. Lakin ABŞ bu məsələdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqə saxlamağa davam edəcək”.
Ariz Həsənoğlu,
KONKRET.az
