ABŞ Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan etməyə hazırlaşırbackend

ABŞ Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan etməyə hazırlaşır

ABŞ Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, tədbir bu ildən qüvvəyə minə bilər.

“The Financial Times” yazır ki, ABŞ nüvə sənayesinin nümayəndələri məhz bu variantı təklif edirlər.

Bundan əvvəl ABŞ-ın 2023-cü ildə Rusiyadan rekord miqdarda uran aldığı bildirilmişdi. Təchizat illik müqayisədə 45% artaraq 1,2 milyard dollara çatıb. Bu, ABŞ-a uran ixracının Rusiyaya 1,05 milyard dollar gətirdiyi 2010-cu ildən bəri ən yüksək göstəricidir.Bundan başqa, keçən ilin dekabrında ABŞ əvvəlki ilə müqayisədə alışını iki dəfə artırıb.

Həmin dekabrda ABŞ Nümayəndələr Palatası 2040-cı ilə qədər Rusiyaya az zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*