ABŞ hökuməti Moskvanın neft və qaz gəlirlərini azaltmaq, Ukraynadakı hərbi əməliyyatlarını davam etdirmək üçün maliyyə vəsaitindən məhrum etmək niyyətindədir. Buna görə də Amerika mayeləşdirilmiş təbii qazla bağlı tədbirləri sərtləşdirməyə davam edəcək.
KONKRET.az xəbər verir ki, bunu “Bloomberg” agentliyinə müsahibəsində ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Pyatt deyib. Onun sözlərinə görə, indiki məhdudlaşdırıcı tədbirlər effektlidir. Lakin növbəti zərbənin hara yönələcəyi barədə danışmaq hələ tezdir. Buna baxmayaraq, rəsmi sanksiyaların mütləq davam etməsi lazımdır. Ağ Ev yeni hədəf və üsul seçmək üçün Rusiyanın mayeləşdirilmiş təbii qazı hara göndəriməsini diqqətlə izləyir.
Vəli Həsənoğlu,
KONKRET.az