Bu rayonlara leysan yağır, dolu düşdübackend

Bu rayonlara leysan yağır, dolu düşdü

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 19-u saat 16:00-a olan məlumatında qeyd olunub.

Naftalan, Tərtər, Oğuz, Mingəçevir, Şəki (Kişçay), Qax (Sarıbaş), Quba, Qusar, Ağdam, Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Kəlbəcər, Gəncə, Göygöl, Daşkəsən, Şahdağ, Gədəbəydə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Göygöl rayonuna saat 13:05-13:08 radələrində diametri 0.3 mm olan dolu düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*