ABŞ Şimali Koreyanı nüvə raketləri ilə HƏDƏLƏDİbackend

ABŞ Şimali Koreyanı nüvə raketləri ilə HƏDƏLƏDİ

Şimali Koreya nüvə sınağı keçirəcəyi təqdirdə sərt cavab alacaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Vendi Şerman deyib.

Cənubi Koreyalı həmkarı ilə görüşdən sonra jurnalistlərə açıqlama verən Şerman, istənilən nüvə sınağının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğu bildirib və Şimali Koreyaya xəbərdarlıq edib:

“Bütün dünya belə bir sınağa tez və güclü cavab verəcək. Biz hazırıq”.

Qeyd edək ki, Pxenyan 2022-ci ildə 18-ci ballistik raketin sınağını həyata keçirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*