ABŞ Suriyadakı min hərbçisini İraqa göndərəcəkbackend

ABŞ Suriyadakı min hərbçisini İraqa göndərəcək

ABŞ təxminən min hərbi qulluqçusunu Suriyanın şimal-şərqindən İŞİD-lə mübarizə üçün İraqın qərbinə göndərəcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper şənbə günü Yaxın Şərqə səfərində onu müşayiət edən jurnalistlərə bildirib.

“ABŞ qoşunlarının Suriyanın şimal-şərqindən çıxarılması davam edir. Biz həftələr haqqında danışırıq, günlər haqqında yox”, – deyə Esper bildirib.

Nazir bildirib ki, cari plan bu qüvvələrin yerini İraqın qərbinə dəyişməkdən ibarətdir. Onun sözlərinə görə, söhbət təxminən min hərbi qulluqçudan gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*