ABŞ ucuz mal tədarükünə görə Çini hədələdibackend

ABŞ ucuz mal tədarükünə görə Çini hədələdi

“ABŞ Çini xaricə ucuz mallar tədarük etdiyinə görə hədələyib”.

KONKRET.az xəbər verir ki, “Financial Times” bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmilərinə istinadən yazıb.

Vaşinqton bildirib ki, Çinin sənaye potensialı problemini dempinq yolu ilə həll etmək istəyi ilə mübarizə aparacaq. Birləşmiş Ştatlar xüsusilə yaşıl enerji sektorlarında istehsal və ucuz elektrik avtomobilləri, günəş panelləri və litium-ion batareyaların istehsalından narahatdır.

“Biz narahatıq ki, sənaye yönümlü siyasəti Çinin həddindən artıq güclənməsinə gətirib çıxarır. Nəticədə Pekin qlobal bazarlara zərbə vurur”, – deyə Beynəlxalq Əlaqələr nazirinin müavini Cey Şambau izah edib.

Rəsmiyə görə, Çin ABŞ və müttəfiqləri bununla bağlı ciddi tədbirlər görəcək. Mənbələr bildiriblər ki, maliyyə naziri Janet Yellenin Pekinə səfəri və fevralın sonunda San-Pauluda G20 həmkarları ilə görüşü zamanı əsas mövzu ucuz ixracat olacaq.

Qeyd edək ki, Avropa Komissiyasının nümayəndələri Çindəki BYD, Geely və SAIC avtomobil zavodlarını yoxlayacaq. Buna səbəb elektriklə işləyən avtomobillərin Avropada istehsal olunanlardan daha ucuz olmasıdır. Tədbirlərin hədəfi kontinental bazarı qorumaq üçün rüsumların mümkün tətbiqini müəyyən etməkdir.

Pekin avropalıların addımlarını proteksionist hesab edib və buna cavab olaraq Aİ-dən idxal edilən brendi ilə bağlı antidempinq araşdırması başlayıb. Bu arada, Avropada Çin istehsalı olan elektrik avtomobillərinin bazar payı səkkiz faiz artıb və 2025-ci ildə 15 faizə çata bilər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*