Bakıda ev almaq niyə çətinləşib? – REAL SƏBƏBLƏRbackend

Bakıda ev almaq niyə çətinləşib? - REAL SƏBƏBLƏR

Bakıda qaz təchizatı olmayan, qeydiyyatsız və tam təhvil verilməyən yaşayış binalarında belə mənzil qiymətlərinin yüksək qalması cəmiyyətdə narazılıq doğurur. Xüsusilə, gənc ailələrin mənzil əldə etməsinin çətinləşməsi, ipoteka şərtlərinin ağır olması bu problemi daha da aktuallaşdırır. Bəs Bakıda mənzil qiymətləri niyə enmir və bu vəziyyətə kim nəzarət etməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, təkcə qaz təchizatının olmaması deyil, qeydiyyatsız və standartlara cavab verməyən binalarda da qiymətlər həddindən artıq yüksəkdir:

Tural Abbaslı: AĞ partiya Azərbaycan Xalq Hərəkatının fəal üzvlərindəndənidr

“Bakıda ev bazarında qiymətlər şişirdilmiş vəziyyətdədir və əsassız olaraq yüksək qalır. Azərbaycanda tikinti şərtləri o qədər ağırlaşdırılıb ki, rəsmi və qeyri-rəsmi baryerlər səbəbindən hər adam bu sahə ilə məşğul ola bilmir. Tikinti biznesində əsasən böyük maliyyə imkanları və siyasi dairələrlə əlaqələri olan şəxslər fəaliyyət göstərirlər. Onlar da öz aralarında müəyyən etdikləri qiymətlərlə satış həyata keçirirlər”.

Partiya sədri bildirir ki,qiymətlər bazar tələbatından daha çox mənfəət maraqları səbəbindən artırılır:

“Hər ay qiymətlər heç bir ciddi əsas olmadan artırılır. Məqsəd daha çox qazanc əldə etməkdir. Bu isə artıq hərislik həddinə çatıb.

Bazar iqtisadiyyatı prinsiplərinə görə dövlətin özəl sektora müdaxiləsinin doğru olmadığı deyilsə də, müəyyən yuxarı limitlərin tətbiqi və digər mexanizmlər mümkündür. Bu addımlar mənzil qiymətlərinin real səviyyəyə enməsinə kömək edə bilər”.

O, əlavə edib ki, hazırkı qiymətlər fonunda xüsusilə gənc ailələrin ev sahibi olması mümkünsüzə çevrilib. Bu gün normal gəliri olan ailələr belə mənzil almaqda ciddi çətinlik çəkir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*