ABŞ Ukraynaya “F-16” qırıcıları verməkdən İMTİNA ETDİbackend

ABŞ Ukraynaya "F-16" qırıcıları verməkdən İMTİNA ETDİ

Vaşinqton Kiyevə “F-16” qırıcıları verməyəcək.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden jurnalistlərin suallarını cavablandırarkən deyib.

Baydenə Vaşinqton Kiyevə “F-16”lar göndərməyi planlaşdırır sualı ünvanlanıb. O isə cavabında “Xeyr”, – deyib.

Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Ukraynaya təyyarələrin çatdırılmasının mümkünlüyünü istisna etmədiyini bildirib.

Almaniya kansleri Olaf Şolts bildirib ki, bu tip silahların tədarükü Rusiya ilə münasibətlərin gərginləşməsinə səbəb olacaq. Buna görə də Almaniya öz döyüş təyyarələrini Kiyevə vermək niyyətində deyil.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*