ABŞ və Rusiya Ukrayna ilə bağlı gizli planı müzakirə etdi – yeni detallar açıqlandıbackend

ABŞ və Rusiya Ukrayna ilə bağlı gizli planı müzakirə etdi -  yeni detallar açıqlandı

ABŞ və Rusiya nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması istiqamətində növbəti addımları müzakirə ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Ukrayna münaqişəsinin həlli ilə bağlı konkret planları müzakirə ediblər. ABŞ administrasiyasının nümayəndəsi həmin plan çərçivəsində atılacaq növbəti addımların yaxın bir neçə həftə ərzində açıqlanacağını bildirib.

Danışıqlar sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner arasında keçirilən görüşdən sonra aparılıb.

Görüş üç saatdan çox davam edib. Kremlin məlumatına görə, müzakirələr məzmunlu və hər iki tərəf üçün faydalı olub.

ABŞ nümayəndələrinin Moskvadan sonra Kiyevə səfər edəcəyi və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirəcəyi gözlənilir.

Danışıqlarda əsas diqqətin müharibənin dayandırılması və tərəflər arasında razılaşmanın əldə olunması imkanlarına yönəldiyi bildirilir.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*