ABŞ və Rusiyanın Baş Qərargah rəisləri görüşdübackend

ABŞ və Rusiyanın Baş Qərargah rəisləri görüşdü

ABŞ və  Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Mark Milli və Valeri Gerasimov arasında görüş olub.

KONRET.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, görüş Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilib. Tərəflər görüş zamanı hərbçilər arasında münaqişələrin yaranması riskinin azaldılması ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlik, həmçinin qeyd edib ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və sözügedən görüş konstruktiv xarakter daşıyıb.

“The Wall Street Journal”ın məlumatına görə isə, danışıqlar ABŞ və tərəfdaşlarının Əfqanıstanı tərk etməsindən sonra terrorizmlə mübarizə vasitələrinin axtarılması fonunda keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*