ABŞ və Tayvan 84 milyon dollarlıq müqavilə imzaladıbackend

ABŞ və Tayvan 84 milyon dollarlıq müqavilə imzaladı

Çinlə davam edən hərbi gərginlikdən sonra Tayvan müdafiə sahəsində ABŞ-la ilk müqaviləsini imzalayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-la “Patriot PAC-3” raketlərinin saxlanması və təmiri üçün 84,15 milyon dollarlıq müqavilə imzalanıb.

Nazirlikdən verilən məlumata görə, müqavilə 20 iyul 2022-ci ildən 31 dekabr 2026-cı ilədək olan müddəti əhatə edir.

Tayvanlı ekspertlər bildirib ki, bu razılaşma onların təhlükəsizliyini təmin edəcək.

Üçüncü növ “Patriot PAC-3” raketləri 2025 və 2026-cı illərdə Tayvana təhvil veriləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*