Abşeronda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət aldıbackend

Abşeronda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət aldı

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Yolu keçən 1984-cü il təvəllüdlü Hüseynova Nigar Böyükxan qızını minik avtomobili vurub. Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*