Abşeronda iki azyaşlı bacını maşın vurdu, biri öldübackend

Abşeronda iki azyaşlı bacını maşın vurdu, biri öldü

Abşeronda iki azyaşlı bacını avtomobil vurub.

KONKRET.az Report-a istinadla xəbər verir ki, Musayev Yunus Elçin oğlu Abşeron rayonu, Novxanı kəndində idarə etdiyi “Kia Optima” markalı avtomobil ilə piyadalar – 2013-cü il təvəllüdlü Hüseynli Gülər Rəhman qızını və 2014-cü il təvəllüdlü Hüseynli Gülnur Rəhman qızını vuraraq ağır xəsarət yetirib.

Qeyd olunub ki, Gülər Hüseynli aldığı xəsarətlərdən müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı cinayət işi başlanıb və istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*