Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq…backend

Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq...

Sabunçu və Abşeronda oğurluq edən 4 nəfər saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu və Abşeron rayonlarında oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxslər polis tərəfindən saxlanılıblar. Sabunçu rayonu ərazisində zərərçəkənlərə məxsus ümumi dəyəri 5000 manata yaxın olan məişət əşyaları oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli törədən 29 yaşlı N.Xəlilov müəyyən edilərək saxlanılıb.

Abşeron rayonu ərazisində isə tikiş sexlərindən birindən ümumi dəyəri 15000 manat olan 50000 ədəd kisə oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə oğurluq edən 45 yaşlı E.Kərimov, 34 yaşlı N.Quliyev və 36 yaşlı S.Qaraşov müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*