Abşeronun bu ərazilərində işıq olmayacaqbackend

Abşeronun bu ərazilərində işıq olmayacaq

Bu gün Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 110 kV-luq “Masazır-1” və “Xırdalan-5” hava xətlərində təmir işi aparılacaq.

Bu barədə KONKRET.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar saat 09:00-dan saat 15:00-dək Xırdalan şəhəri Hacı Zeynalabdin Tağıyev, Mehdi Hüseyn küçələri, Müşviq qəsəbəsi, 28 may qəsəbəsinin bir hissəsində, Sumqayıt yolunun ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*