Afrikadan qovulan əliqanlı Fransa Cənubi Qafqaza gəlmək istəyirbackend

Afrikadan qovulan əliqanlı Fransa Cənubi Qafqaza gəlmək istəyir

Fransa əsrlər boyu Afrika ölkələrində müstəmləkə altında saxladı, bir çox qətliamlar törətdi. Afrikadan qovulan əliqanlı Fransa indi Cənubi Qafqaza gəlmək istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç bildirib.

O qeyd edib ki, Fransa etik dəyərləri yox edən bir ölkədir.

“30 il boyunca Azərbaycan torpaqlarında erməni işğalının bitməsi üçün heç nə etmədi. Nəticədə Azərbaycan haqq işini özü həll etdi və bölgədə ədaləti bərpa etdi. Fransa erməni diasporasının təsiri ilə hərəkət edir. Ermənistanda Fransanın oyuncağına çevrildi.

Avropa Birliyinə gəlincə isə, onun vəzifələri bəllidir. Lakin onların etdikləri tam əksidir. Cənubi Qafqazda sabitliyi pozmağa, Azərbaycan və Ermənistan arasında sülhü gecikdirməyə çalışırlar. Biz onların niyyətlərini, nə etmək istədiklərini yaxşı başa düşürük. Qərb ölkələri Cənubi Qafqazda yeni bir Ukrayna yaratmağa çalışır. Demokratiyanın beşiyi adlandırılan Qərb bu anlayışdan çox uzaqdır. Regionda olmayan ölkələr burada baş verənlərə qarışmamalıdır”,- deyə o, əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*