“Əgər Azərbaycan 1919-cu ilin xəritəsi əsasında sərhədi delimitasiya-demarkasiya etmək istəyirsə, problem yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababyan yazıb. O bildirib ki, Azərbaycan 1919-cu ilin xəritəsi əsasında sərhədin delimitasiyası-demarkasiyasını həyata keçirmək istəyir, onda bunu Ermənistanın xəritəsilə edək.
“Erməni nümayəndə heyəti 1919-cu il Paris Sülh Konfransında Ermənistanın ərazisindən əlavə Qars bölgəsinin (Türkiyə), Cavaxetiyanın (Gürcüstan), bütün İrəvan quberniyasının, o cümlədən Naxçıvanın, sonradan yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin, indiki Qarabağın Laçın və Kəlbəcər rayonlarının hamısının daxil olduğu xəritəni təqdim etmişdi.
Deməli, Azərbaycan 1919-cu ilin xəritəsi əsasında sərhədin delimitasiyası-demarkasiyasını həyata keçirmək istəyirsə, problem yoxdur, gəlin bunu ancaq öz xəritəmizlə – yuxarıda göstərdiyim xəritə ilə edək. edək.
Ancaq bunun üçün ilk növbədə danışıqlar aparan şəxsin dəyişilməsi lazımdır”, – deyə Ağababyan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az