Ağadadaş Ağayev mühafizəçi ilə barışdıbackend

Ağadadaş Ağayev mühafizəçi ilə barışdı

Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi (“Vətən-N Mühafizə” MMC-nin işçisidir) Nurəddin Cəlilov barışıblar.

KONKRET.az bildirir ki, lent.az-ın hadisə yerində olan əməkdaşı Orxan Rasifoğlu xəbər verir ki, hər iki tərəf barışıq sazişi imzalamaq üçün Bakı şəhəri 44 saylı notariat ofisinə gəliblər.

Xalq artisti Lent.az-a verdiyi eksklüziv açıqlamasında bildirib ki, qarşı tərəflə bütün məsələlərdə ortaq məxrəcə gəliblər:

“Notariusda gəlmişik barışıq üçün. Artıq düşmənçiliyə əsas yoxdur. Hər şey qaydasındadır”.

Ağadadaş Ağayevin vəkili Asim Abbasov qeyd edib ki, tərəflər öz aralarında barışıq əldə ediblər indi isə bu barışığı rəsmiləşdirmək üçün buradadırlar. Vəkilin sözlərinə görə, rəsmiləşdirilən barışıq ərizəsi Binəqədi Rayon Məhkəməsində keçiriləcək prosesdə təqdim ediləcək.

“MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov Lent.az-a açıqlamasında Ağadadaş Ağayevin pərəstişkarı olduğunu və ondan üzr istədiyini deyib:

“Xalqdan və Ağadadaş Ağayevdən üzr istəyirəm. Belə şey olmamalı idi. Artıq barışmışıq və heç bir problem yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*