Raci Şaşmazın məhkəmədəki ifadəsi yayıldı – O serial tamamilə…backend

Raci Şaşmazın məhkəmədəki ifadəsi yayıldı - O serial tamamilə...

Silivri Cumhuriyyət Baş Prokurorluğu tərəfindən 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan araşdırma çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysanın ifadələri alınıb.

KONKRET.az xəbər verir ki, ssenaristlər “məlumatı olan şəxs” statusunda ifadə vermək üçün Silivri Ədliyyə Sarayına gediblər.

Raci Şaşmaz ifadəsində “Kurtlar Vadisi” serialının uzun illər ssenaristi olduğunu bildirib. O, serialla bağlı illərdir səsləndirilən müxtəlif iddialara münasibət bildirərək qanuni və ya qanunsuz heç bir güc və ya cinayət qruplaşması ilə əlaqələrinin olmadığını deyib.

Şaşmaz qeyd edib ki, “Kurtlar Vadisi” cəmiyyətin reallıqlarını əks etdirir və açıq mənbələrdən əldə edilən məlumatlar dramaturji yanaşma ilə tamaşaçının anlaya biləcəyi formata salınaraq təqdim olunur.

O, serialdakı “Kaşifoğlu” obrazının kəşfiyyat daxilindəki qarşıdurmaları təsvir etmək məqsədilə yaradıldığını bildirib:

“Kaşifoğlu obrazı kəşfiyyat daxilindəki qarşıdurmaları anlatmaq üçün yaradıldı. Hekayəsi başa çatdıqdan sonra isə serialda öldürülərək başqa obrazlara və mövzulara keçildi.”

Raci Şaşmaz serialdakı obrazın ölümü ilə real həyatda baş verən hadisələr arasında əlaqə olmadığını vurğulayıb. Onun sözlərinə görə, serialdakı ölüm həmin obrazın hekayəsinin başa çatdığını ifadə edir.

Şaşmaz “İskəndər Böyük” obrazını da nümunə göstərərək bildirib ki, bu obrazın real həyatda bəzi şəxslərdən ilham aldığı iddia edilsə də, həmin şəxslər hazırda sağdır.

Raci Şaşmaz Kaşif Kozinoğlunun ölümünün araşdırılmasını müsbət qarşıladıqlarını bildirib:

“Kaşif Kozinoğlunun ölümünü araşdırmaq prokurorluğun işidir. Bundan yalnız məmnun olarıq. Əgər o, cinayətə qurban gedibsə və ya ölümündə səhlənkarlıq varsa, bunların ortaya çıxarılması və məsul şəxslərin cəzalandırılması bütün ictimaiyyət kimi bizim də tələbimizdir.”

O, serialdakı obrazların tamamilə bədii xarakter daşıdığını və müxtəlif xəyali obrazların birləşməsindən yaradıldığını qeyd edib:

“Bu, tamamilə serial süjetidir. Xəyal məhsulu obrazların birləşməsindən ibarətdir. Kiminsə ölümünü əvvəlcədən bilmək ehtimalımız yoxdur.”

Şaşmaz sosial mediada FETÖ ilə bağlı iddiaları və sabiq polis əməkdaşı Əli Fuat Yılmazerin serialın ssenarisinə müdaxilə etdiyi barədə yayılan məlumatları da təkzib edib.

O, Yılmazeri tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını bildirib:

“Sosial mediada Əli Fuat Yılmazerin ssenariyə müdaxilə etdiyi ilə bağlı iddialar yayılırsa, bunlar tamamilə böhtandır. Əli Fuat Yılmazeri tanımıram, onunla hər hansı əlaqəm olmayıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*