Ağalıda məskunlaşmış sakinlərin sayı açıqlandı – YENİLƏNİBbackend

Ağalıda məskunlaşmış sakinlərin sayı açıqlandı - YENİLƏNİB

Martın 3-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə sayca səkkizinci köç karvanı yola salınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış daha 10 ailə – 44 nəfər doğma yurdlarına köçürülüb.

Ağalı kəndinə növbəti ailələrin köçürülməsi ilə kənddə 86 ailənin – 420 nəfərin daimi məskunlaşması təmin olunub.

***

08:30

Zəngilanın Ağalı kəndinə 44 nəfərdən ibarət daha 10 ailənin köçürülməsinə başlanılıb.

KONKRET.az xəbər verir ki, 44 nəfərlik 10 ailə isə bu gün doğma yurduna köçürülüb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ın növbəti mərhələsi uğurla həyata keçirilir.

Daha əvvəl 50 nəfərlik 10 ailə fevralın 28-də Ağalıya köçürülüb.

“Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır.

Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar.

Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti – dövlət xidmətləri mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur.

Prosesin növbəti aylarda da davam edəcəyi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*