Oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç baş tutacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, bu həftənin şənbə günü – 28 oktyabr tarixində Ağalı kəndinə növbəti köç baş tutacaq. Bu dəfə isə 24 ailə öz doğma yurduna geri qayıdacaq.
