backend

Ağcabədidə 15 yaşlı qız ana oldu - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a bildirilib ki, bu barədə Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı RPŞ-nin əməkdaşları tərəfindən ilkin araşdırma tədbirləri başlanılıb.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

***

13:04
Ağcabədi rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qız ana olub.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon mərkəzi xəstəxanasına gətirilən 2006-cı il təvəllüdlü S. İ-nin övladı dünyaya gəlib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. Nikaha girməyə isə 18 yaşı tamam olmuş şəxslərə icazə verilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*